Hərbi ekspert "Allah ermənilərə bir balaca ağıl versin" MÜNASİBƏT
"Cəbhə bölgəsində baş verənlər bir daha onu deməyə əsas verir ki, düşmən və havadarları sakitləşib doğru yol seçmək fikrində deyillər. Əslində bu gün onlar daha çox təxribatçı əməllərindən əl çəkib Qarabağın işğal altında olan ərazilərinin Azərbaycana qaytarılması haqqında düşünməlidirlər". Bunu SİA-ya hərbi ekspert Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, aprelin ilk günündə aldqları sarsıdıcı zərbədən qismən ayılan Ermənistan və havadarları hələlik ağılsız hərəkətlərini davam etdirirlər: "Təcili şəkildə işğal alıtında olan ərazilərə ağır silahlar və əlavə canlı qüvvələr cəlb edilir. Düşünmək olar ki, yaxın vaxtlarda düşmən bu yaxınlarda əldən verdiyi mövqeləri geri qaytarmaq üçün təxribatlarının miqyasını daha da genişləndirəcək. Bizim hərbi komandanlıq buna çox ciddi şəkildə hazır olmalıdır. Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın bəh-bəhlə tərif olunan "peşəkar ordusuna" sözün birbaşa mənasında "toy tutduğu"nu görən və əl-ayağa düşən beynəlxalq qurumlar da deyəsən sakitləşiblər. Səsləri ara-sıra gəlir. Yenə boğazdan yuxarı sözlər, hansısa təkliflər və sairə lazımsız fəaliyyət imitasiya olunur".
Ü.Cəfərov əlavə edib ki, Ermənistan siyasi və hərbi rəhbərliyi nədənsə anlamaq istəmir ki, yersiz inadkarlığa və məntiqsiz hərəkətlərə görə ölən və yaralanan onların əsgər və zabitləridir: "Azərbaycan əsgəri isə öz doğma torpaqları uğrunda əlindən gələni edir və edəcəkdir. Onlar şəhid olurlarsa, yaralanırlarsa da belə, bu haqq yolunda, Vətən uğrunda olan savaşdır. Ermənistan tərəfi isə sonu bilinməyən, daha çox fəlakət və insan itkisi gətirən bir mövqe sərgiləməklə öz hakimiyyətlərinin sonuna yaxınlaşırlar. Necə deyərlər, Allah onlara bir balaca ağıl versin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB