Azər Badamov: “Sarkisyan üçün erməni hərbiçilərin taleyi maraqlı deyil” AÇIQLAMA
"Ermənistan dövlətinin öz əsgərinə, zabitinə dəyər verməməsi, hörmətsiz yanaşmasının əsas səbəbi işğalçı ölkənin rəhbərliyində Qarabağda faciələr törədərək güc yolu ilə hakimiyyətə gəlmiş cinayətkar rejimdir". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, bu cinayətkar rejimin başında əli günahsız insanların qanına bulaşmış, insanlığa xas olmayan hərəkətləri ilə ad qazanmış Serj Sarkisyan durur: "Onun üçün ermənistanlı hərbiçilərin taleyi maraqlı deyil. Bu şəxs üçün əsas olan vəzifəni qoruyub saxlamaqdır. Düşünürəm ki, ermənilər artıq Serjin niyyətini anlamağa başlayıb. Son günlər erməni ictimaiyyətinin çağırışları və kütləvi narazılıqlar bunu deməyə imkan verir. Həm də ermənilərin kütləvi narazılıqlarında Dağlıq Qarabağın erməni torpağı olmadığını və orada ölmək istəmədiklərini bəyan etməsi rəhbərlikdə olan cinayətkar rejimin sonunun gəldiyini göstərir.
Belə baxanda Qarabağda heç erməni qalmayıb. Orada olanlar Serjin hörmətsiz yanaşdığı və heç bir dəyər vermədiyi ermənistanlı hərbiçilərdir. Artıq onların özləri də bunu çox gözəl başa düşürlər və Qarabağı tərk etmək üçün cinayətkar rejimin hakimiyyətdən getməsini gözləyirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB