Politoloq: “Cəbhədə aldıqları sarsıdıcı zərbələr erməniləri çaş-baş salıb" MÜNASİBƏT

Politoloq: “Cəbhədə aldıqları sarsıdıcı zərbələr erməniləri çaş-baş salıb" MÜNASİBƏT

"BMT-nin daimi beynəlxalq cinayətləri araşdıran orqanı var və əsas səlahiyyəti soyqırım, hərbi cinayətlər və insaniyyətə qarşı olan cinayətlərdə bilavasitə cavabdehliyi olan şəxslərin cinayətinin araşdırılması ilə məşğul olmaqdır". Bunu SİA-ya politoloq Arzu Nağıyev Ermənistanın dörd günlük hərbi əməliyyatlarla bağlı Beynəlxalq Tribunalın yaradılması üçün dünya ictimaiyyətinə müraciətinə münasibət bildirərkən deyib.

Politoloqun fikrincə, bunların hamısı Ermənistan rəhbərliyinin cəbhədə məğlubiyyətini ört-basdır etmək və hakimiyyətdə qalmaq üçün apardıqları siyasətdir: "Cəbhədə aldıqları sarsıdıcı zərbələr erməniləri çaş-baş salıb. Nə danışdıqlarını bilmirlər. Ermənistan prezidenti Sarkisyan, müdafiə naziri Ohanyan və digər səhra komandirləri olmuş və Xocalıda, digər ərazilərimizdə çoxsaylı insan ölümündə birbaşa iştirakı olan, soyqırımı törədən və qan üzərindən hakimiyyəti zəbt edən şəxslərin ilk növbədə özləri cinayət məsuliyyətinə cəlb edilməlidir. İnanırıq ki, yaxın gələcəkdə belə də olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə