Oqtay Əsədov: "Azərbaycan Ermənistanın təxribatlarına cavab verib"
"Deyirlər ki, şəhidlərin dəfnində hər kəs iştirak etdi, deputatlar yox. Bu, biabırçılıqdır. Deputat həmkarlarım və mən də şəhidlərin dəfn mərasimlərində iştirak etdik. Milli Məclisin üzvləri xalqla birlikdə oldu. Bunu xüsusi kateqoriya kimi ayırmaq düzgün deyil. Bunu yazan saytlara, jurnalistlərə də tənqidi yanaşılmalıdır". Bu sözləri Milli Məclisin plenar iclasında çıxışı zamanı deputat Fazil Mustafa deyib.
O, fikrini belə davam etdirib: "Deputat şəhidin qəbri üstündə şəkil çəkib yaymalıdır? Bu cəmiyyəti bölgülərə, təbəqələrə ayırmaqdır. Hansı təbəqədən asılı olmayaraq Vətən məsələsinə münasibət Azərbaycan cəmiyyətində dəyişməlidir".
Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, Azərbaycan Ermənistanla müharibə aparmayıb, təxribatlara cavab verib. "Azərbaycan üç gün Ermənistan tərəfindən törədilən təxribatlara cavab verib. Müharibə olsaydı, Azərbaycan hara gedib çıxardı, yaxşı bilirsiniz. Azərbaycan əsgərləri və ordusu göstərdi ki, bu məsələni həll etmək iqtidarındayıq. Bu, Ermənistanı sülhə məcbur etmək üçün vacib məqamlardan oldu. Sülh danışıqları gedir, güman edirəm ki, məsələ öz həllini tapacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB