Hikmət Babaoğlu: “Əli Kərimli həmişə Azərbaycanın düşmənlərini dəstəkləyib” AÇIQLAMA

Hikmət Babaoğlu: “Əli Kərimli həmişə Azərbaycanın düşmənlərini dəstəkləyib” AÇIQLAMA

"Ümumiyyətlə Azərbaycan siyasətinə məcburən özünü yamamağa çalışan bəzi "siyasətçilər" var ki, onlar Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmir əksinə rədd edilir. AXCP sədri Əli Kərimli də belələrindəndir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, təəssüf ki, uzunmüddətli fəaliyyətdə, prinsipial məqamlarda xalqın, millətin, dövlətin mənafeyinin qorunması lazım olan anlarda Əli Kərimli bunun əleyhinə gedib: "O, həmişə Azərbaycanın düşmənlərini dəstəkləyib. O bir növ xaricdəki ermənipərəst qüvvələri müdafiə edib və onların alətinə çevrilib. Bu gerçəklikləri görən və dərk edən intellektual Azərbaycan gəncliyi onun ölkəni tərk etməsi tələbi ilə başlatdıqları etiraz aksiyasında haqlı mövqədədirlər. Sözün həqiqi mənasında daxilimizdə bizə düşmən olan qüvvələrə yer yoxdur. Onsuzda düşmənlərimiz çoxdur və ərazimiz işğal olunub. Beləcə daxilimizdə erməni işğalına bəraət qazandıran islamafob mərkəzlərin ruporuna çevriləcək adama Azərbaycanda yer yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə