Zahid Oruc: "Diplomatik səngər əsas döyüş meydanına çevrilib" AÇIQLAMA
"Cəbhədə baş verən son proseslərdən sonra onu deyə bilərik ki, Azərbaycan Ermənistan mövqelərinə güclü təsir etdi. Düşmən ölkənin rəhbər şəxslərinin dilindən səslənən müharibədən çəkinmə bəyanatlarını da mahiyyət etibarilə Azərbaycanın xeyrinə sayırıq". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.
Deputat bildirib ki, ermənilər bizim beynəlxalq təşkilatlar tərəfindən mühakimə olunacağımızı gözləyirdilər: "Həmçinin Azərbaycana sanksiyaların tətbiq olunmasını tələbi ilə çıxış edirdilər. Ölkəmizin özündə belə olan bir çox insana elə gəlirdi ki, hərbi həmlələrdən, düşmənə verilən cavablardan sonra Brüsseldən, Nyu Yorkdan Strasburqdan kəskin ittihamlar səslənəcək. Amma bu baş vermədi. Erməniləri hiddətləndirən də o oldu ki, beynəlxalq qurumlar məhz elə haqlı tərəfin, Azərbaycanın tərəfində oldular. Son on illər ərzində irəli sürdüyümüz ittihamlarda nə qədər haqlı idiksə, çox istərdim ki, bundan sonra da vəziyyətə uyğun olaraq düşüncələrimizi dəyişdirək. Yəni bu vəziyyəti düzgün qiymətləndirək. Ermənilər indi onlara qarşı haqsızlıqlardan bəhz edir, bunun üçün də Azərbaycanı cəzalandırmağı tələb edirlər. Rusiyanı ittiham edirlər, ATƏT-i Azərbaycanı cəzalandırmağa çağırırlar və sair. Hesab edirəm ki, Azərbaycan dördgünlük hərbi əməliyyatda öz ərazilərini bütövlükdə düşməndən azad etsəydi beynəlxalq dairələr bunu qəbul edəcəkdi. Bununla da məsələyə son qoyula biləcəkdi. Lakin bəlli təşəbbüslər ortalığa gəldi, Azərbaycan tərəfi də müəyyən səbəblərdən bunu qəbul etdi".
Zahid Oruc əminliklə bildirib ki, əslində siyasi müstəvidə müharibə davam edir: "Diplomatik səngər yenə də əsas döyüş meydanına çevrilib. Ona görə də, bütün o qurumlar dərk etdilər ki, ədalətsiz sülh müqavilələrini Azərbaycana imzalatdırmaq mümkün olmayacaq. Bu baxımdan hesab edirəm ki, buna cəhd yeni müharibə doğuracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB