Aktyor Corc Klunini vəkil arvadı Amal Kluni ilə birgə Ermənistana səfər edəcək. SİA "hellomagazine"yə istinadən xəbər verir ki, Corc Kluninin işğalçı ölkəyə səfərinin məqsədi beynəlxalq "Aurora Prize for Awakening Humanity" mükafatının təqdimolunma mərasiminə qatılmaqdır. Onların hər ikisi Ermənistana səfər edəcəyini artıq təsdiq ediblər. Belə ki, Amal Kluninin əri Corc "Aurora Prize" komissiyasının həmsədridir.
Xatırladaq ki, Amal Kluni bu ilin yanvarında Amerikanın NBC tele şirkətinə müsahibəsində hazırda həbsdə olan azərbaycanlı jurnalist Xədicə İsmayılovanı Avropa İnsan Hüquqları Məhkəməsində müdafiə edəcəyini bildirmişdi.
Qeyd edək ki, hər iki şəxs eyni zamanda erməni lobbisinin Avrodakı ən aparıcı təbliğatçılarından hesab olunurlar. Qarabağda münaqişənin yenidən pik həddə çatdığı bir ərəfədə Avropa Məhkəməsində Xədicə İsmayılovaya vəkillik edəcəyini bəyan etmiş Amal Kluninin Ermənistana səfər etməsi isə suallar doğurmaqdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB