Araik Arutunyan qaçan ermənilərə yalvardı QAÇMAYIN

Araik Arutunyan qaçan ermənilərə yalvardı QAÇMAYIN

Qondarma "dqr"in "baş naziri" Araik Arutunyan Ağadərənin (ermənilər bura Mardakert deyir - red.) işğal alrındakı ərazilərinə səfər edib. Məqsəd, oranı kütləvi şəkildə tərk edən əhalinin qarşısını almaq olub. SİA "armtoday.am"a istinadən xəbər verir ki, iclas keçirən separatçı "baş nazir" əhalini inandırmağa çalışıb ki, onların təhlükəsizliyini təmin etmək gücündədirlər.

Araik Arutunyana Ağdərənin işğal altında olan əraziləri, eləcə də Azərbaycanın Silahlı Qüvvələri tərəfindən nəzarətə götürülmüş Madaqis və Talış kəndlərinə dəyən ziyanlar haqqında da məlumatlar verilib. "Baş nazir" erməni əhalinin əraziləri tərk etməməsi üçün onlara kompensasiyalar və məişət əşyaları veriləcəyini vəd edib.

"Qısa zamanda Ağdərə əvvəlki həyatına qayıtmalıdır"-deyə ermənilərə yalvaran Arutunyan əhalini inandırmağa çalışıb ki, sərhədlər güclü mühafizə olunur.

Xatırladaq ki, erməni mənbələrinin, eləcə də bir sıra beynəlxalq təşkilatlarının məlumatlarına görə, işğal altında olan ərazilərimiz mülki erməni əhalisi tərəfindən sürətlə boşalır və Ermənistan hakimiyyəti qaçan əhalinin qarşısını almaqdan ötrü "dqr"ə xüsusi təyinatlı polis göndərərək, yollarda blokpostlar qurdurub.

Bütün xəbərlər Facebook səhifəmizdə