Rusiyanın sabiq daxili işlər naziri, Dövlət Dumasının sədri olmuş Boris Qrızlov Ukraynada münaqişənin tənzimlənməsi üçün beynəlxalq danışıqların genişlənməsi üzrə səlahiyyətli təmsilçi olacaq. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Təhlükəsizlik Şurasından bildirilib.

Bundan sonra Boris Qrızlov Ukraynadakı münaqişənin tənzimlənməsi ilə bağlı müxtəlif beynəlxalq danışıqlarda, "Təmas Qrupu"nda ölkəsini təmsil edəcək.

Qeyd edək ki, bir müddət öncə Rusiya prezidenti Vladimir Putin onu Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılması haqda fərman imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə