Azər Həsrət: “Əli Kərimli qınanmalıdır” AÇIQLAMA

Azər Həsrət: “Əli Kərimli qınanmalıdır” AÇIQLAMA

"Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli əsl düşmən kimi uğurumuzu uğursuzluq, qələbəmizi məğlubiyyət kimi qələmə verir və hakimiyyəti ittiham hədəfinə çevirməyə cəhd göstərir". Bunu SİA-ya Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət deyib.

Onun sözlərinə görə, Əli Kərimli hərbi əməliyyatların davam etdirilməsi, müharibənin daha da alovlanması ilə bağlı populist çağırışlar edir, daxildə vəziyyəti gərginləşdirməklə məntiqi yekuna yaxınlaşan münaqişənin ədalətli şəkildə, sülh yolu ilə həllinə zərbə vurmağa çalışır: "İstər Əli Kərimli, istərsə də başqa kimsənin haqqı yoxdur ki, Azərbaycanın göz görəsi hərbi uğurunu gözdən salsın: "Əgər belə yanaşma sərgilənirsə, bu, düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Ona görə də indiki halda ordumuza, dövlətimizə və Ali Baş Komandanımıza çamur hər kəs, o cümlədən də Əli Kərimli qınanmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə