Raqozin: “Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir”

Rusiyanın Azərbaycana və Ermənistana silah satması bölgədə balansı təmin edir. SİA-nın xəbərinə görə, bunu Rusiyanın Baş nazirinin müavini Dmitri Raqozin "Exo Moskva" radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, əgər Rusiya həm Ermənistan həm də Azərbaycana silah satışını dayandırarsa, o zaman tərəflər arasında əsil müharibə başla bilər. Onun sözlərinə görə, atəşi silah deyil, insanlar açır: "Xüsusilə də Dağlıq Qarabağda baş verən son hadisələrdən sonra biz onlara silah satmasaq, yerimizi başqaları tutacaq. Son hadisələrdən sonra bir daha məlum oldu ki, Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir".

Baş nazirin müavini müsahibəsi zamanı təmas xəttində daima atəş səslərinin eşidildiyini vurğulayıb. Onun sözlərinə görə, son günlər baş verənlər məhz normal qəbul etdiyimiz gündəlik hadisələrin nəticəsindən yarandı.

Bütün xəbərlər Facebook səhifəmizdə