"Əli Kərimlinin ermənilərə xidmət etməsi dəfələrlə sübuta yetirilib. Bu gün bütün erməni mediası Əli Kərimlinin statuslarına istinad edir. Onun ağılsız fikirləri ilə Azərbaycanın əleyhinə beynxalq kampaniya aparırlar. Buna heç kim təəccüblənmədi də". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

BAXCP rəsmisi bildirib ki, Əli Kərimli köçüb Ermənistanda yaşasa təbii qarşılanar: "Bütün fəaliyyətini Azərbaycanın milli maraqlarının əleyhinə həsr edən Əli Kərimlini hər kəs yaxşı tanıyır. Dünydünyanın sürüşkən və satqın kimi tanıdığı bu adam hakimiyyətə gəlmək üçün ölkəmizdə keçirilən prezident seçkiləri zamanı Rusiyanın adamını Mili Şuraya sədr seçib , xarici siyasət kursumuzun referendumla müəyyənləşəcəyinə səs vermişdi . Onların seçki zamanı Rusiya prezidenti Vladimir Putinə müraciəti də yaddan çıxmayıb. Hələ o zaman mərhum prezident Əbülfəz Elçibəy söyləyirdi ki, insanlar yaşlandıqca müdrükləşir, Əli Kərimli isə 70 yaşına çatsa da uşaq ağlında qalacaq. Hakimiyyət ehtirası ilə alışıb yanan bu uşaq bu gün də xalqı üz-üzə qoymaq istəyir. Mayası satqınlıqdan yoğrulmuş adam siyasətdən anlayışı olmadığı üçün böyük müharibədən danışır, özünu qəhrəman kimi göstərmək istəyir. Amma 1993-cü ildə Sürət Hüseynovun 60-70 nəfər qulduru Gəncədən Bakıya doğru gələrkən özü kimilərlə birlikdə prezidentə xəyanət etmişdi. Tam əminliklə deyirəm ki, bu cür qorxaq adam müharibə tərəfdarı ola bilməz. Onu bu gün də hansısa xarici güc danışdırır. Milli Şura üzvlərinin və onlarla eyni düşüncəni bölüşən bir qrup insanın öz məhdud siyasi maraqlarından çıxış edərək, işğalçı Ermənistanı düşdüyü dərin mənəvi-psixoloji böhrandan çıxarmaq üçün sərgilədikləri davranışlardan təəssüflənməmək mümkün deyil. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarını fəda edən qəhrəman əsgər və zabitləriminin şəhadətinin işğalçı ordunun itkiləri ilə müqayisə edilməsi çox böyük ləyaqətsizlikdir. Belə yanaşma birmənalı olaraq işğalçı Ermənistanın yenidən toparlanmasına, düşdüyü böhrandan xilas olmasına xidmət edir. Düşmənin maraqlarına xidmət edən istənilən addım isə Vətənə, xalqa xəyanətdən başqa bir şey deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB