Hikmət Babaoğlu: “Azərbaycanda çox ciddi meqa layihələr həyata keçirilib” ŞƏRH

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkəmizin ictimai-siyasi, mədəni, iqtisadi həyatının ən aktual problemlərinə toxunuldu. Son günlər təmas xəttində Azərbaycan ordusunun göstərdiyi şücaət bir daha göstərdi ki, ötən illər ərzində Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə çox ciddi ordu quruculuğu prosesi həyata keçirilib". Bu fikirləri SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan ordusu güclüdür, Azərbaycanın ərazi bütövlüyünü, milli maraqlarını qorumağa qadirdir: "Bununla bərabər ölkəmizdə güclü və müasir hərbi sənaye yaradılıb. Əlbəttə ki, bu da milli gücümüzün yerli resurslar və yerli ehtiyatlar hesabına zənginləşdirilməsini təmin edir. Dünyada baş verən qlobal iqtisadi problemlər müşavirədə müzakirə olunan əsas məsələlərdən biri oldu. Neftin qiymətinin dünya bazarında dəfələrlə aşağı düşməsindən sonra Azərbaycan iqtisadiyyatında yaranmış yeni şərtlər ölkəmizin iqtisadi potensialının yeni istiqamətlərinin aktuallaşdırılmasını və iqtisadiyyatımıza qazandırılmasını şərtləndirib. Cənab prezident bu məsələyə toxundu və qeyd etdi ki, önümüzdəki illərdə Azərbaycan nəinki region eləcə də dünyanınn ən inkişaf etmiş ölkələrinə ekoloji baxımdan təmiz kənd təsərrüfatı məhsulları ixrac edə bilər. Bunun üçün Azərbaycanda hər bir potensial var və çox ciddi meqa layihələr həyata keçirilib. Ölkəmizin Şimal regionunda suvarmanı təmin etmək üçün taxta körpü su anbarı tikilib. orads ciddiSu ehtiyyatları formalaşdırılıb. Bunun da üstünlüyü ondan ibarətdir ki, su ehtiyyatları yerli mənbələrdən formalaşan su ehtiyyatlarıdır. Bu isə ciddi faktordur. Biz bilirik ki, Azərbaycan Kür-Araz ovalığında yerləşir və bu ərazidə kifayət qədər istifadə olunmamış münbit torpaqlar var. Ona görə də Kür çayının sahili boyunca Qarayazı Eldar düzü ətrafında minlərlə hektar kənd təsərrüfatına qazandırılacaq torpaq var. Və bunun potensialından istifadə etmək lazımdır. Bununla bərabər əlbəttə ki, müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqi ilə müxtəlif yerlərdə müxtəlif təyinatlı kənd təsərrüfatı məhsulları istehsal etmək olar. Eyni zamanda prezident öz çıxışında ölkəmizin sosial məsələlərinə toxundu, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasının vacib olduğunu vurğuladı. Prezident qeyd etdi ki, Azərbaycanda bundan sonra da sosial layihələr həyata keçiriləcək. Beləliklə dünyada yaranmış mənfi iqtisadi vəziyyəti Azərbaycan özü qeyri-neft sektorunda olan resurslarını səfərbər etməklə Azərbaycan iqtisadiyyatının lehinə çevirəcəkdir".

Hikmət Babaoğlu onu da vurğulayıb ki, bütün bunlara paralel olaraq qanunvericilik bazası da yeniləşir: "Eyni zamanda yükdaşımalarda Azərbaycanın çox böyük perspektivləri var. Cənab prezidentimiz Yeni Bakı limanı haqqında danışdı və qeyd etdi ki, Yeni Bakı Limanı regionun Xəzər hövzəsinin ən böyük limanıdır. Bu limanın imkanları təkcə yükdaşımalarla məhdudlaşmır. Biz bilirik ki, bu limanın ətrafinda bir növ ətrafında azad ticarət zonası formalaşa bilər. Əlbəttə bütün bünları nəzərdən keçirsək görəcəyik ki, ilin üç ayının yekunları qənaətbəxşdir və ötən illərin sonlarında süni yollarda neftin dünya bazarında qiymətinin aşağı salınmasından sonra Azərbaycanda həyata keçirilən çevik iqtisadi siyasət hazırki mərhələdə Azərbaycan iqtisadiyyatı üçün, onun inkişafı üçün yeni stimul yaradıb".

Bütün xəbərlər Facebook səhifəmizdə