Ermənistanın səfirliyi qarşısında aksiya keçirilib

Bu gün Moldova Respublikasında təhsil alan tələbələr tərəfindən "Azərbaycan əsgərinə dəstək" kampaniyası adı altında, "Şəhidlər ölməz, Vətən bölünməz", "Qarabağ bizimdir, bizim olacaq", "Stop Armenian Aggression", "Просим Международные организации остановить Армянскую оккупацию территорий Азербайджана", "Erməni zorakılığına son", "İşğala son", "Qarabağ Azərbaycanındır" və sair şüarlarla ilk öncə Kişineu şəhərinin mərkəzində yerləşən "Ştefan çel Mare" parkında daha sonra isə Ermənistanın fəxri konsulluğu önündə nümayiş keçirilib. Azərbaycanın Moldova Respublikasında Səfirliyindən SİA-ya verilən məlumata görə, Azərbaycanlı tələbələrə dəstək naminə türkiyə tələbə cəmiyyəti, moldovalı tələbələr və Moldova Respublikasında yaşayan azərbaycanlılar da qatılıb.

İki saat davam edən bu nümayiş yerli əhali tərəfindən çox böyük maraqla qarşılanıb və dəstək alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə