İrandan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına dair ÇAĞIRIŞ

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Dağlıq Qarabağ münaqişəsinin tərəflərini konfliktin beynəlxalq hüquq əsasında, sülh yolu ilə nizamlanmasına çağırıb.SIA-nın xəbərinə görə, o bildirib ki, əgər Dağlıq Qarabağ münaqişəsinin tərəfləri istəsə, İran regionda əmin-amanlığın bərpası üçün kömək etməyə hazırdır". Iranın regionda yeni münaqişələrinin qarşısının alınmasının tərəfdaşı olduğunu deyən Zərif qeyd edib ki, ölkə həm də mövcud konfliktlərin dayandırılmasını alqışlayır. XİN başçısı əlavə edib ki, İran rəsmiləri, prezident Həsən Ruhani daxil olmaqla, Azərbaycan və Ermənistan hakimiyyətləri ilə Qafqaz regionunda son hərbi əməliyyatlarla bağlı danışıqlar keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...