İrəvan Rusiyanın Azərbaycana silah tədarükünün davam etdirməsi qərarını düzgün hesab etmir.SİA xəbər verir ki, bunu Ermənistanın baş naziri Ovik Abramyan deyib.

O.Abraamyan jurnalistlərə bildirib ki, əlbəttə, satmasaydılar yaxşı olardı lakin bu, onların işidir, onlar buna qərar verirlər: "Biz strateji tərəfdaş kimi silahın azərbaycanlılara satılmamasına çağırmışıq və çağırırıq".

Nazir sözlərinə bunları da əlavə edib: "Biz həqiqətən buna çağırmışıq və bunu yaxşı bir şey hesab etmirik. Əlbəttə, bu bizim strateji tərəfdaşımızdır, onlar da heç vaxt bunu inkar etməyiblər, lakin yenə təkrar edirəm, bizim xalq Rusiyanın Azərbaycana silah satmasından, həqiqtən böyük dərd çəkir. Bu yaxşı deyil. Biz çağırış etdik, strateji müttəfiqin Azərbaycana silah satmasını düzgün hesab etmədiyimizi dedik".

Bütün xəbərlər Facebook səhifəmizdə