Ceyms Uorlik: "Türkiyə ilə işləməyə hazırıq"

Ceyms Uorlik: "Türkiyə ilə işləməyə hazırıq"

"Minsk qrupunun tərkibində dəyişiklik planlaşdırılmır". SİA xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik şənbə günü İrəvanda keçirilən mətbuat konfransında Ankaranın Dağlıq Qarabağla bağlı son bəyanatlarını nəzərə alaraq Türkiyənin üzvlüyünün məqsədəuyğunluğuna dair sualı cavablandırarkən bildirib.

Amerikalı diplomat sözlərinə bunları əlavə edib: "Bildiyiniz kimi, Türkiyə bəyanata qoşulub və biz Minsk qrupunun bütün üzvləri ilə, eləcə də Türkiyə ilə işləməyə hazırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə