58 nəfərə töhmət verilib nöqsanlara görə

Hesablama Palatası bir sıra icra hakimiyyətlərində nöqsanlar aşakar edib. SİA Hesablama Palatasının hesabatına istinadən bir sıra icra hakimiyyətində işdən çıxarılan məsul şəxslərin siyahısını təqdim edir:

Ötən il Sumqayıt şəhər İcra Hakimiyyətində 2 məsul işçi tutduğu vəzifədən azad edilib, bir məsul işçi aşağı vəzifəyə keçirilib, 4 məsul işçiyə töhmət verilib, 3 məsul işçiyə isə xəbərdarlıq olunub. Səbail rayon İcra Hakimiyyətində 1 məsul işçi tutduğu vəzifədən azad edilib.

Xətai rayon İcra Hakimiyyətində 9 məsul işçiyə töhmət verilib, 2 işçiyə xəbərdarlıq elan olunub.

Xəzər rayon İcra Hakimiyyətində 3 məsul işçiyə şidətli töhmət, 6 işçiyə töhmət elan edilib, 1 işçiyə xəbərdarlıq elan olunub.

Suraxanı rayon İcra Hakimiyyətində 2 məsul işçiyə töhmət verilib, 7 işçiyə xəbərdarlıq elan olunub.

Mingəçevir şəhər İcra Hakimiyyətində 4 məsul işçi tutduğu vəzifədən azad edilib, 4 məsul işçiyə ciddi xəbərdarlıq edilib.

Lənkəran şəhər İcra Hakimiyyətində 17 işçiyə töhmət verilib

Tovuz rayon İcra Hakimiyyətində 1 məsul işçi tutduğu vəzifədən azad edilib, 7 işçiyə töhmət verilib, 1 qurumun rəhbərliyinə ciddi irad bildirilib.

Sabirabad rayon İcra Hakimiyyətində 6 məsul işçiyə ciddi xəbərdarlıq edilib.

Ağstafa rayon İcra Hakimiyyətində 2 məsul işçi tutduğu vəzifədən azad edilib, 4 məsul işçiyə töhmət verilib, 3 işçiyə xəbərdarlıq olunub.

Ucar rayon İcra Hakimiyyətində 2 məsul əməkdaşa töhmət verilib, 2 əməkdaşa xəbərdarlıq elan olunub.

Bərdə rayon İcra Hakimiyyətində 3 məsul işçiyə töhmət verilib, 5 işçiyə xəbərdarlıq edilib.

Kürdəmir rayon İcra Hakimiyyətində 11 nəfər maddi məsul rəhbər işçiyə töhmət verilib. Qobustan rayon İcra Hakimiyyəti 4 məsul işçiyə xəbərdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə