"Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ planı haqqında söylədikləri onun son günlər Ermənistan-Azərbaycan təmas xəttində baş verən gərgin hadisələrlə bağlıdır. Artıq ATƏT-in Minsk qrupunun həmsədr ölkələri gördü ki, Azərbaycan dünya olaraq işğal faktı ilə barışmayacaq". Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib.
Onun sözlərinə görə, rəsmi İrəvanda elə zənn edilir ki, Azərbaycan xalqı vaxt ötdükcə hər şeyi unudacaq: "Amma gördülər ki, tam əksinə Azərbaycan inkişaf etmiş dövlətdir. Ölkəmizin Silahlı Qüvvələri kifayət qədər güclü, tutarlı və sarsıdıcı zərbələr vura bildi. Hərbi nöqteyi-nəzərdən qoyulan tapşırıqların hamısı yerinə yetirildi. Azərbaycan xalqı birliyini, ölkə gəncliyi bu münaqişədə öz mövqeyini kifayət qədər göstərdi. Həmsədr dövlətlər başa düşdülər və anladılar ki, əgər sülh prosesi alınmasa ölkəmiz öz ərazi bütövlüyünü təmin etməkdən ötrü digər addımlara da əl ata bilər. Qarşıda belə bir problemlər yaşamaması üçün yeni mərhələyə qədəm qoyuldu. Azərbaycan Prezidenti, Ali Baş Komandanın apardığı siyasət onları məcbur etdi ki, sülh danışıqları prosesi bir qədər də uzansın. Biz böyük məmnuniyyətlə gözləyirik ki, yaxın zamanlarda Azərbaycanın ərazi bütövlüyü təmin olunsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB