Rusiya jurnalistlərinin qeyri-obyektivliyinin səbəbləri nədir? AÇIQLAMA
"Azərbaycanın məcburən cəlb olunduğu 4 günlük müharibədə Rusiya jurnalistlərinin hadisələrə qeyri-obyektiv münasibəti bizdə əsaslı şəkildə təəssüf hissi doğurdu. Onların informasiyaları, yanaşmaları, şərhləri ermənilərə meyilli xarakter daşıyırdı. Bu da həqiqətin və obyektivliyin təhrif olunması üçün meydan açırdı". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
O qeyd edib ki, cəbhədə döyüşlər gedən zaman Rusiya mətbuatının Azərbaycana və hadisələrə qeyri-obyektiv münasibətini təhlil edərkən, burada həlledici amil kimi, peşəkarlığı və etik normaları yox, başqa iki faktoru əsas götürmək lazımdır: "Bunun biri Rusiya mediasında işləyən, etnik olaraq ermənilərdən ibarət olan jurnalistlərin təsiri idi. Məlumatlara görə, Rusiya mediasında bu gün ən azı 300-dək potensiallı erməni jurnalist çalışır.
İkinci başlıca səbəb isə, Rusiyanın siyasi hakimiyyətində Ermənistana və onun siyasətinə təəssübkeş yanaşan və himayədarlıq edən qüvvələrin təsiri ilə bağlıdır".
Baş redaktor vurğulayıb ki, Rusiya mediasının 98 faizinin dövlət qurumları və dövlət adamlarından asılı olduğu heç kimdə şübhə doğurmur: "Rusiya siyasi hakimiyyətində ermənilərə meyilli dövlət adamlarının təsiri altında media orqanları və jurnalistlər də ermənilərin maraqlarına meyilləndirilirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB