Dmitri Medvedev: “Münaqişənin sülh, danışıqlar yolu ilə həllinin alternativi yoxdur”
"Azərbaycan və Rusiya münasibətləri strateji, qarşılıqlı faydalı xarakter daşıyır". SİA-nın xəbərinə görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra keçirilən mətbuat konfransında söyləyib.
Dmitri Medvedev söyləyib ki, Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı hörmətə əsaslanır: "İqtisadi durum sadə olmayan bir dövrdən keçir. İqtisadi əlaqələr və investisiya qoyuluşlarının daha da inkişaf etdirilməsi vacibdir. Bizim böyük energetika və nəqliyyat layihələrimiz var. Xəzər dənizində və regionda əməkdaşlıq önəmlidir. Elektroenergetika və humanitar sahələrdə əməkdaşlıq da mühüm istiqamətlərdir. Turizmin inkişafı gündəlikdə duran məsələlərdən biri hesab oluna bilər. Son hadisələrlə əlaqədar səfər daha tez həyata keçirildi və bu, doğru addımdır".
Baş nazirin sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsini dəstəkləyr: "Münaqişənin sülh, danışıqlar yolu ilə həllinin alternativi yoxdur. Tərəflər kompromisə getməlidir. ATƏT-in Minsk qrupunun üzvü kimi münaqişənin həlli istiqamətində səylərimizi davam etdiririk. İnanırıq ki, bu səylər etimadın bərpa olunmasında və münaqişənin həllində rol oynayacaq. Rusiya Azərbaycan və Ermənistan qədər münaqişənin həllində maraqlıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB