"Alınan yüksəkliklər qələbəmizə açılan əsas yollardan sayıla bilər"

"Alınan yüksəkliklər qələbəmizə açılan əsas yollardan sayıla bilər"

"Son günlər Azərbaycan ordusunu cəbhə xəttində əldə etdiyi qələbə və ruh yüksəkliyi münasibətilə təbrik edirəm. Ötən gün Bakıda keçirilən görüşlər açıq formada göstərdi ki, Azərbaycan xalqı ruh yüksəkliyində və qələbə əzmindədir". SİA-nın xəbərinə görə, millət vəkili Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxış edərkən deyib.

Millət vəkili bildirib ki, atəşkəs elan olunmasına baxmayaraq, proseslər davam edir: "Artıq müharibə informasiya müharibəsi müstəvisinə keçir. Düşünürəm ki, cəbhədə silahlı qüvvələrimiz düşmənə necə layiqincə cavab verib yerinə oturdubsa, informasiya müstəvisində də qələbə qazanmalıyıq".

Ə. Məsimlinin fikrincə, alınan yüksəkliklər qələbəmizə açılan əsas yollardan sayıla bilər: "Biz nailiyyətlərimizi davam etdirməliyik. İqtisadi gücümüzdən istifadə edib ordumuzun əldə etdiyi qələbəni sona çatdırmalıyıq. Bilirsiniz ki, son günlər cəbhədə baş verənlər əsasında mülki əhaliyə və cəbhə rayonlarına xeyli ziyan dəyib. Nazirlər Kabinetinin xüsusi qərarı ilə təşkil olunan İşçi qrupu artıq beynəlxalq meyarlar əsasında müəyyənləşdirib ki, son günlər baş verənlər nəticəsində Azərbaycana 500 milyarddan artıq ziyan dəyib. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, hüquq müstəvisində əlimizdə tutacaq xeyli məqamlar var".

Ə. Məsimli çıxışı zamanı bizə qarşı soyqırımların timsalında Xocalı soyqırımının sübut edilməsi istiqamətində aparılan işlərin davam etdirilməsininin zəruri olduğunu dilə gətirib: "Xocalı soyqırımını sübut etsək, düşmən üzərində tam qələbə çala bilərik. Son proseslər bir daha göstərdi ki, Ermənistanı heç kim dəstəkləmir".

Bütün xəbərlər Facebook səhifəmizdə