İranlı nazir: “Münaqişənin həlli ilə bağlı bəzi razılıqlar əldə edilib” MÜNASİBƏT
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə beynəlxalq hüquq prinsipləri əsasında nizamlanmalıdır". SİA-nın məlumatına görə, bunu bugün İranın İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Məhəmməd Cavad Zərif deyib.
Onun sözlərinə görə, münaqişənin həlli ilə bağlı bəzi razılıqlar əldə edilib: "Biz həm Ermənistan həm də Azərbaycan tərəfi ilə danışdıq. Münaqişənin həlli ilə bağlı bəzi razılıqlar əldə edilib. Son iki gündür atəşkəs əldə edilib, ümid edirəm ki, bu davamlı olacaq"
Nazir həmçinin üçtərəfli görüşün detallarına da toxunub: " Bakıda Azərbaycan-Rusiya-İran xarici işlər nazirlərinin üçtərəfli görüşü zamanı əməkdaşlıq üzrə məsələləri müzakirə etdik. Dövlətlərimiz arasında ekstremizm, terrorizmlə mübarizə, həmçinin mədəniyyət və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulub"
O əlavə edib ki, yaxın zamanlarda Rəşt-Astara dəmiryolunun tikintisi də başa çatdırılacaq: "Özəl sektorda da əməkdaşlığın inkişafına rəvac verilməsi barədə razılıq əldə edilib. Ayrı-ayrı sahələr üzrə əməkdaşlıq edəcəyimizə ümid edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB