Diaspor nümayəndələri Finlandiya Parlamentinə müraciət edib

Finlandiyada fəaliyyət göstərən Finlandiya-Azərbaycan Assosiasiyası Finlandiya Parlamentinə Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüququn tələblərinin kobud şəkildə pozulması, həmçinin, Azərbaycanın dinc sakinlərinin öldürülməsindən narahatlıq ifadə edən müraciət göndərib. SİA-nın məlumatına görə, müraciətdə baş verən hadisələrə son qoymaq məqsədilə BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının müvafiq qətnamələrinin Ermənistan tərəfindən qeyd-şərtsiz yerinə yetirilməsinin zəruriliyi, Ermənistan silahlı qüvvələrinin təcili şəkildə işğal olunmuş ərazilərdən çıxarılması tələbi qeyd edilib.

"24 ildən artıq müddətdə Ermənistan silahlı bölmələrinin Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində mütəmadi atəşkəs rejimini pozması nəticəsində mülki əhaliyə və onların əmlaklarına ciddi ziyan vurulub"-deyə müraciətdə qeyd edilib.

Müraciətin sonunda Finlandiyada fəaliyyət göstərən Azərbaycan diaspor nümaynədələri beynəlxalq ictimaiyyəti baş verənlərə göz yummamağa, Ermənistanı dinc və günahsız insanların qətlinə səbəb olan təxribatlardan çəkindirmək üçün tədbirlər görməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...