ATƏT-in Minsk qrupunun həmsədrləri aprelin 7-də tam tərkibdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisinə səfər edəcəklər. SİA-nın məlumatına görə, bunu Qarabağdakı separatçı rejimin "Xarici İşlər Nazirliyi"nin nümayəndəsi Ani Sarksyan deyib.
Minsk qrupunun həmsədrləri ər Xankəndində separatçı rejimin rəhbəri Bakı Saakyanla görüşəcəklər.
Xatırladaq ki, daha əvvəl amerikalı həmsədr Ceyms Uorlik Bakıya yola düşdüyünü bildirib. Vasitəçilərin bu gün tam heyətdə Bakıda görüşlər keçirəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB