Qanunsuz mobil telefonlar aşkarlanıb

Qanunsuz mobil telefonlar aşkarlanıb

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 70 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb. SİA-nın məlumatına görə, Moskva-Bakı sərnişin qatarının 3 saylı vaqonunda Rusiya Federasiyasından Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının əl çantalarına Xaçmaz Gömrük İdarəsinin Yalama gömrük postunda gömrük baxışı keçirilib. Baxış zamanı 3 ədəd əl çantasının alt hissəsindəki xüsusi düzəldilmiş saxlanc yerindən 70 ədəd "Samsung Galaxy Ace 4 Neo" markalı mobil telefonlar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə