Beynəlxalq təşkilatlara müraciət ünvanlanıb

Almaniyadakı Maynz Azərbaycan Cəmiyyəti Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüququn tələblərinin kobud şəkildə pozulması, həmçinin, Azərbaycanın dinc sakinlərinin öldürülməsindən narahatlıq ifadə edən müraciət yayıb. SİA-nın məlumatına görə, Birləşmiş Millətlər Təşkilatına, Avropa Birliyinə, ATƏT-in Minsk qrupuna, ABŞ Prezidentinə, Almaniya Federativ Respublikasının Kanslerinə, Fransa, Rusiya və Türkiyə Prezidentlərinə ünvanlanmış müraciətdə aprelin 1-dən 2-ə keçən gecədən başlayaraq Ermənistanla Azərbaycanın təmas xəddində ermənilərin həyata keçirdiyi hərbi təxribatların nəticələri ilə bağlı məlumat verilib. Bildirilib ki, Ermənistanın törətdiyi təxribata qarşı Azərbaycan Silahlı Qüvvələrinin atdığı addımlar özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalisinin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır.

"Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, 1 milyona yaxın Azərbaycan vətəndaşı öz doğma torpaqlarından didərgin salınıb, 20 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 50 mindən artıq insan əlil olmuşdur. Azərbaycanın münaqişəni sülh və danışıqlar yolu ilə həll etmək istəsə də Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe qarşıdurmanın sülh yolu ilə həllinə imkan vermir"- deyə müraciətdə vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...