İsa Həbibləyli: ““Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi” MÖVQE

"Dünyanın müxtəlif ölkələrində ermənilərin öz orduları haqda yaratdığı saxta miflər puç oldu”
İsa Həbibləyli: ““Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi” MÖVQE

"Azərbaycan Ordusu ərazilərini zəbt etmiş erməni işğalçılarının gözlənilməz hücumlarının qarşısını alması məqsədi ilə onlara çox layiqli bir cavab verdi". Bu fikirləri SİA-ya millət vəkili İsa Həbibbəyli son günlər cəbhədə baş verən məlum proseslərə münasibətini bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində mühüm addımlar atıldı, işğal altında olan əhəmiyyətli məntəqələrimiz geri qaytarıldı və burada ölkə rəhbərliyinin apardığı qətiyyətli siyasəti mühüm rol oynadı: "Bu, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin uzun illərdən bəri apardığı güclü və qətiyyətli siyasətinin bariz və konkret əməli nəticəsidir. Bu, istər sadə xalqımız, istərsə də ziyalılarımız arasında çox yüksək əhval-ruhiyyə yaratmış bir faktordur".

İsa Həbibbəylinin qeyd etdiyinə görə, Azərbaycan xalqı, Azərbaycan ziyalıları bir daha baş verən hadisələrin əsasında inandı ki, dövətimiz işğal olunmuş torpaqlarımızı geri qaytarmağa qadirdir: "Dünyanın müxtəlif ölkələrində ermənilərə və onlara pərəstiş edən dairələrin erməni ordusu haqqında yaratdığl saxta miflər və stereotiplər puç oldu. Bütün dünya gördü ki, Azərbacan ordusu ilə Azərbaycan xalqının sarsılmaz həmrəyliyi var. Mən, bu günü ölkəmizin həyatında tarixi bir gün hesab edirəm. Təbii ki, mən də, ziyalı olmaqla yanaşı, həm də millətimin vəkili kimi Azərbaycan Prezidentinin atdığı qətiyyətli addımlarını və iradəli qərarlarını dəstəkləyirəm. İnanıram ki, uğurlu proses davam edəcək və Azərbacan işğal olunmuş ərazilərini qısa zamanda geri qaytararaq, öz ərazi bütövlüyünü tamamilə bərpa edəcək".

Rəfiqə KAMALIQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə