"Öz əməkhaqqımın bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcəm". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bu günkü plenar iclasında çıxış edən millət vəkili Qüdrət Həsənquliyev deyib.
Millət vəkili həmkarlarını bu addıma dəvət edib: "Azərbaycan göstərdi ki, kiçik itkilərlə böyük qələbə əldə edə bilərik. Artıq Ermənistan ordusu sınıb və onlarda psixoloji illüziya yaranıb. Azərbaycan yaranmış vəziyyətdən istifadə edib düşmən ordusunu məhv etməlidir".
Millət vəkili Milli Məclis adından müraciət qəbul olunması təklifi ilə çıxış edib.
"Əgər erməni anaları əsgərlərin məhv olmasını istəmirsə, Sarkisyan hakimiyyətinə yox desinlər. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra danışıqlar baş tuta bilər"- deyə, Q. Həsənquliyev əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB