Milli Məclisdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, iclasda cəbhə boyu son iki gün ərzində düşmənlə döyüşlərdə şəhid olan Silahlı Qüvvələrimizin hərbi qulluqçularının ruhu bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında 21 məsələ müzakirə edilir. İclasda İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) illik məruzəsi dinləniləcək. Məruzəni ombudsman Elmira Süleymanova təqdim edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB