Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası Ermənistan Silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi son hərbi təxribatı pisləyən bəyanat verib. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, Bəyanatda Ermənistan Silahlı qüvvələri tərəfindən törədilən təxribat nəticəsində dinc sakinlərin və hərbçilərin şəhid olduğu bildirilib, dünya ictimaiyyətinin bu təxribatlara göz yumması pislənilib.
Bəyanatda həmçinin, Ermənistan silahlı bölmələrinin Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində mütəmadi atəşkəs rejimini pozması nəticəsində mülki əhaliyə və onların əmlaklarına ciddi ziyan vurulduğu da qeyd edilib.
Regionda sülhün və sabitliyin tərəfdarı olan Azərbaycan dövlətindən fərqli olaraq, Ermənistanın münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində və sülh yolu ilə həll olunmasına çalışmaması və beynəlxaq qurumların, xüsusilə ilə də BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq qətnamələrinə məhəl qoymaması da bəyanatda öz əksini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB