BMAM sədri: "Ermənistan status-kvonu saxlaya bilməyəcək"

"Ermənistan tərəfi düşünürdü ki, danışıqlar prosesini uzatmaqla status-kvonu saxlaya biləcəklər. Ona görə də, tez-tez cəbhədə təxribat törədir, Azərbaycanın mülki əhalisinə qarşı odlu silahdan atəş açırdılar. Amma Azərbaycan ordusu düşmənə endirdiyi güclü zərbə ilə ermənilərin "güclü hərbi" mifini darmadağın etdi". SİA-nın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri Rufiz Qonaqov bildirib.

R.Onaqovun sözlərinə görə, Ermənistan rəhbərliyi bütün sülh təşəbbüslərinə qarşı çıxır və mövcud status-kvonun saxlanması üçün var gücü ilə çalışır: "BMT-nin məlum dörd qətnaməsinə baxmayaraq, ermənilər Azərbaycan torpaqlarını azad etmək niyyətində deyillər. Azərbaycan münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Ancaq Ermənistan tərəfi cəbhədə təxribatlar törətməklə Azərbaycanı müharibəyə təhrik edir. Azərbaycan Ordusu ermənilərin son təxribatlarına layiqli cavab verdi. Azərbaycan Ordusu separatçı erməni silahlı birləşmələrinə qarşı anti-terror əməliyyatları keçirir. Ancaq bu daha geniş miqyasda müharibəyə çevrilə bilər və düşmən təkcə işğal etdiyi Azərbaycan ərazilərindən yox, Ermənistanın yerləşdiyi tarixi Azərbaycan ərazilərindən də qovula bilər".

BMAM sədri bildirib ki, beynəlxalq təşkilatlar, dövlətlər işğal altındakı Azərbaycan torpaqlarından ermənilərin çıxarılması üçün səylərini gücləndirməlidir: "Əks halda, Azərbaycan öz gücü, imkanları hesabına işğalçıları öz ərazilərindən çıxarmaq üçün tədbirlər görəcək. Azərbaycan xalqı, ordusu bu gün qələbə əzmindədir. Biz Ermənistana dəfələrlə gücümüzü subut etmişik. Azərbaycan prezidenti İlham Əliyev cəbhədəki son durumla bağlı keçirdiyi müşavirədə Azərbaycanın qətiyyətli mövqeyini bir daha ortaya qoydu. Cənab prezident bildirdi ki, əgər erməni əsgəri ölmək istəmirsə Azərbaycan torpaqlarından rədd olub çıxısn".

Bütün xəbərlər Facebook səhifəmizdə