Politoloq: "Azərbaycanı küncə sıxmaq istəyənlər bumeranq effektli əks zərbə ilə qarşılaşıblar" AÇIQLAMA

Politoloq: "Azərbaycanı küncə sıxmaq istəyənlər bumeranq effektli əks zərbə ilə qarşılaşıblar" AÇIQLAMA

"ABŞ-da keçirilən tədbir nüvə təhlükəsizliyi haqda olsa da, orada dünyanın təhlükəsizliyi problemlərindən də söhbt açıldı. Azərbaycan Prezidenti ABŞ-da yüksək səviyyədə qarşılandı, bir sıra yüksək rütbəli dövlət nümayəndləri və dövlət katibi ilə çoxməzmunlu görüşləri oldu. Birləşmiş Ştatlar həmin tədbirdə birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi. Bu, Azərbaycan diplomatiyasının çox böyük uğurudur. Belə bir uğur bölgədəki müəyyən güc mərkəzləri tərəfindən qısqanclıqla qarşılandı. Ermənistan isə həmişə həmin güc mərkəzlərinin oyuncağı, forpostu olub". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, Azərbaycanın Qərb istiqamətində olan xarici siaysətinin uğur qazanması, müəyyən dairələrdə qısqanclıq hissi yaradıb və onlar erməni təxribatları ilə Azərbaycanı küncə sıxmaq istəsələr də, bumeranq effektli əks zərbə ilə qarşılaşıblar: "Azərbaycanın uğurlarından qıcıqlanan qüvvələr həmələrinə qarşı gözləmədikləri əks zərbə ilə qarşılaşdılar. Dünyanın böyük hissəsi isə Azərbaycanın haqlı mövqeyini müdafiə edir".

Politoloq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sərsəm bəyanatı haqqında da fikirlərini bildirib: "KTMT-yə Ermənistan daxildir. Qondarma "Dağlıq Qarbağ respublikası" heç kim tərəfindən tanınmayıb və bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edir. KTMT-nin Dağlıq Qarabağla bağlı bəyanatını yerində hesab etmirəm. Bu bəyanat onların əsasnamələrinə də uyğun deyil. Onlar Ermənistana hücum olunan zaman bəyanat verə bilərlər. Proseslər isə Azərbaycanın öz ərazilərində baş verir. Onların bizi ittiham etmələri tamamilə əsassızdır. Azərbaycan Ermənistan tərəfindən öncədən planlaşdırılmış və həyata keçirilmiş hücumların qarşısını cəsarətlə alıb və onları geri oturdaraq, bir neçə on kilometr irəliləyib. Bu absurd bəyanatlar heç bir real hüquqi gücə malik deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə