Mütəllim Rəhimli: “Arif Hacılının hərəkətləri siyasətçiyə yaraşmır” AÇIQLAMA
"Ümumiyyətlə AXCP-Müsavat birliyindən danışılsa da bir qədər dərinə getdikdə məlum olur ki, bu danışıqların çoxu nəyinsə xatirinə olur". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib.
Onun sözlərinə görə, mahiyyət etibarilə isə AXCP-Müsavat arasında hər hansı birliyin olunması istənilmir: "Mən Arif Hacılının heç zaman AXCP ilə Müsavatın birləşməsi, yaxınlaşması ilə bağlı söylədiyi səmimi fikilərin heç birinə inanmamışam. Çünki düşünürəm ki, Arif Hacılının iki qurumun birliyindən danışması və əgərsə bu birlik reallaşsa o ciddi zərər görə bilər. Ona görə də o çalışacaq ki, bu birlik alınmasın. Sadəcə olaraq o bu məsələlərlə gündəmdə qalmağa çalışır".
M.Rəhimli əlavə edib ki, A.Hacılının hərəkətləri siyasətçiyə yaraşmayan bir hərəkətdir: "Siyasətçi ictimai fikri, xalqı aldatmamalıdır. Məhz belə olduğuna görə, siyasi partiyalar xalqa yalan danışarkən bir çox hallarda xalqın onlara inamı itir. Ona görə də Tofiq Yaqubludan daha çox bu birliyi istəyən Arif Hacılıdır. Müşahidələrimə əsasən deyə bilərəm ki, bu partiyaların birləşməsi istiqamətində məsələlər partiya rəhbərliyinin üzərinə düşən məsuliyyətdən yaxa qurtarmaq hallarından başqa şey deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB