Əli Həsənov: "Azərbaycanın yürütdüyü siyasət bu gün öz bəhrəsini verir"
"31 mart soyqırımı elə bir tarixdir ki, Azərbaycanın milli elitası, gənclər bu tarixi dərindən mənimsəməli və gələcək nəsillərə çatdırmalıdır". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Elmin İnkişaf Fondunun Ermənistanın Azərbaycana təcavüzü və ərazi iddiaları ilə bağlı nəşrlərinin təqdimat mərasimində deyib.
Əli Həsənov bildirib ki, azərbaycanlılara qarşı ermənilər 200 ildən artıq müddətdə soyqırımı həyata keçiriblər: "31 mart soyqırımı haqqında Azərbaycanda hər kəs bilir. Ermənilər azərbaycanlıların torpaqlarını işğal etmək üçün mürtəce dairələrin dəstəyindən daim istifadə ediblər. Başda Şaumyanın dəstəsi olmaqla, Bakıda və digər bölgələrdə on minlərlə dinc insanları qətlə yetiriblər. Bir dövlətin marağını həyata keçirmək üçün on minlərlə insan qırılırsa, bu, o dövlətin mahiyyətini göstərir. İlk dəfə Ümummilli Lider Heydər Əliyev ermənilərin azərbaycanlılara qarşı soyqırımılarını ümumiləşmiş hadisə kimi rəsmiləşdirdi. Beləliklə, 31 mart soyqrımı rəsmi səviyyəyə çatdırıldı. Məlumdur ki,1905-1918-ci illərdə Azərbaycanın onlarla kəndi dağıdılıb".
Ə.Həsənov qeyd edib ki, hazırda Azərbaycanın yürütdüyü siyasət öz bəhrəsini verir: "Azərbaycanda son illərdə bütün sahələrə olduğu kimi, tarixin inkişafına da dəstək verilir. Heydər Əliyev Fondunun və onun rəhbəri millət vəkili Mehriban Əliyevanın dəstəyilə çoxsaylı tədbirlər keçirilib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası çərçivəsində xeyli iş görülüb, dünya ictimaiyyəti soyqırımı ilə bağlı məlumat alır. Ermənilərin azərbaycana qarşı təcavüzü ilə bağlı bütün dünyanı məlumatlandırmalıyıq. Azərbaycanda multikulturalizm mövcuddur. Ölkədə tolerantlıq var. Azərbaycan dünyada çoxmillətli xalqların birgə yaşaması nümunəsini dünyaya çatdırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB