Vaşinqton rəsmisi: "Bu Azərbaycandan gələn birinci ən yaxşı xəbərdir"
İnsan hüquqlarının tədqiqi və müdafiəsilə məşğul olan nüfuzlu Human Rights Watch təşkilatı Prezident İlham Əliyevin ABŞ-a baş tutan səfərindən yazdı. SİA xəbər verir ki, təşkilat rəsmi saytında Prezidentin ABŞ-a səfərini şərh edərkən Azərbaycanda son dövr ərzində siyasi məhbusların azadlığa buraxılmasını müsbət hal kimi qiymətləndirib.
Eyni zamanda saytda Prezident İlham Əliyevin yaxın zamanda imzaladığı əfv sərəncamı ilə 148 məhbusun, o cümlədən 13 jurnalistin azadlığa çıxdığı qeyd edilib.
Təşkilatın Vaşinqton üzrə direktoru Endri Prasou bildirib ki, Azərbaycan ABŞ üçün dəyərli tərəfdaşdır və bu da ABŞ üçün hökumət tənqidçilərinin azadlıqlarının qorumasına kömək etməyə bir səbəbdir. O vurğulayıb ki, yaxın dövrdə bu qədər məhbusun azadlığa buraxılması son vaxtlar Azərbaycandan gələn birinci ən yaxşı xəbərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB