"“Onlar öz korporativ maraqlarından kənara çıxıb xalq və dövlətçilik naminə bir araya gəlməyi bacarmadılar”
Tural Abbaslı İDDİALI DANIŞDI

"Müxalifət partiyalarının yaratdığı "Anti-böhran Koalisiyası" ona görə artıq müxalifətin əsas güc ərkəzinə çevirilib ki, istər burada cəmıəşən partiyaların say tərkibi, istərsə də müxtəlifliyi və real gücü digərlər müxalifət birliklərindən çoxdur". Bu fikirləri SİA-ya sabiq müsavatçı funksioner, "Ağ Blok"un sədri və hazırda "Anti-böhran Koalisiyası"nda təmsil olunan Tural Abbaslı bu günlərdə irəli sürdüyü vahid güc iddiasını şərh edərkən deyib.

Birlik təmsilçisi fikrini belə əsaslandırıb ki, onların digər müxalifət birliklərindən fərqi heç kimlə şərtlə danışmamalarıdır: "Biz, müxalifətdə olan yeganə birliyik ki, düşərgə daxilindəki bütün birliklərə heç bir şərt irəli sürmədən əməkdaşlıq təklif etmişik".

Tural Abbaslı irəli sürülən əməkdaşlıq təkliflərinə müsbət reaksiyaların verilməməsini də etiraf edərək bu amilin bütövlükdə müxalifət üçün yaxşı təsir bağışlamayacağını bildirib. Belə ki, əməkdaşlıq təkliflərini rədd edən tərəflərin daim fərdi maraqları mövcud olub. Bu isə müxalifətin inkişafına maneələr yaradan əsas şərtlərdən biridir: "Onlar təəssüf ki, hələ də öz korporativ maraqlarından kənara çıxıb xalq və dövlət naminə bir araya gəlməyi bacarmadılar".

"Ağ Blok"un rəhbəri bu səbəbdən xalqın, ictimai rəyin müxalifətə inamsız davrandığını əsas gətirdiyini vurğulayıb: "O birlik, o mərkəz güc halına gələ bilər ki, onun arxasınca xalq getsin. Xalqın səmimi mübarizə aparanların tərəfində dayana bilər. Ona görə də digərlərindən fərqli olaraq, düşərgədə bizə daha çox üstünlük verilir ki, bu da "Anti-böhran Koalisiyası"nın müxalifətin vahid gücü forması anlamını verir".

Xatırladaq ki, Koalisiyaya Böyük Azərbaycan, (BAP), Klassik Xalq Cəbhəsi (KXCP), Azadlıq, "Gələcək Azərbaycan", Milli Konqres MKP), Azərbaycan Liberal Demokrat (ALDP), Azərbaycan Xalq (AXP), Aydınlar, Ümid, Dünyəvi Bozqurd, Vətəndaş və İnkişaf (VİP) partiyaları, "AĞ Blok" və digər partiyalar daxil olub. ADP isə yeni yaradılmış koalisiyada müşahidəçi kimi iştirak etməyə üstünlük verib. AXCP-nin nəzarətində olan "Milli Şura" və Müsavatın nəzarətində olan "Milli Strateji Düşüncə Mərkəzi" kimi qurumlar və oradakı partiyalar "Anti-böhran Koalisiyası"nın əməkdaşlıq təklifini rədd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə