Qabil Hüseynli: "İşləmədən Avropadan müavinət almaq məqsədi güdürlər" AÇIQLAMA

Qabil Hüseynli: "İşləmədən Avropadan müavinət almaq məqsədi güdürlər" AÇIQLAMA

"Bəzi insanlar mitinqlərdə və ya başqa yerlərdə polislə süni qarşıdurma yaradaraq şəklini çəkdirib, Avropadan siyasi sığınacaq almağa çalışırlar". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, artıq Avropada belə məsələlərə daha ciddi yanaşılacaq: "Avropada belə insanların ölkədən deportasiya edilməsi üçün addımlar atılacaq. Əgər məhkəmə qərarları varsa, bu qərarlar da ləğv ediləcək".

Politoloq bildirib ki, belə insanların hərəkətləri heç bir mədəniyyətə sığışmır: "Bu yollara əl atan insanlar sırf öz maraqlarını düşünərək, işləmədən Avropadan müavinət almaq məqsədi güdürlər. Bu isə heç bir əxlaqi normalara uyğun deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə