Türkiyədə 10 terrorçu həbs edilib

Türkiyədə 10 terrorçu həbs edilib

Türkiyədə "İslam dövləti" terror təşkilatının 10 üzvü həbs edilib. SİA-nın məlumatına görə, "Anadolu" agentliyinin yaydığı xəbərdə bildirilir ki, həmin şəxslər Suriya ilə sərhəddə saxlanılıblar.

Bütün saxlanılan şəxslər Türkyə vətəndaşlarıdır. Onların arasında Türkiyədə baş vermiş terror hadisələrinin təşkilində şübhəli bilinənlər də var.

Xatırladaq ki, martın 13-də Türkiyənin paytaxtı Ankarada törədilmiş partlayış nəticəsində 37 nəfər ölüb, 125 nəfər yaralanıb. Partlayışın səbəbi minalanmış avtomobil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə