İlham Əliyev Yunanıstan prezidentini təbrik edib

İlham Əliyev Yunanıstan prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan prezidenti cənab Prokopis Pavlopulosu təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafı, əməkdaşlığımızın genişlənməsi bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə