Azərbaycanın Belçikadakı səfirliyinin və NATO yanındakı diplomatik nümayəndəliyinin əməkdaşları Brüsseldəki partlayışlarda xəsarət almayıblar. Səfirlikdən SİA-ya verilən məlumata görə, diplomatik missiyalar bu ölkədə yaşayan və müvəqqəti qalan əməkdaşlarına və həmvətənlərimizə küçəyə çıxmamağı və insanların kütləvi toplaşdığı yerlərə getməməyi tövsiyə edir.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkənin Belçikadakı səfirliyinə Brüssel hava limanında iki partlayış zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırmağı tapşırıb. Bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB