AŞPA prezidenti əfv sərəncamını alqışladı

AŞPA prezidenti əfv sərəncamını alqışladı

AŞPA prezidenti Pedro Aqramunt Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamını alqışlayıb. SİA-nın AŞPA-nın saytına istinadən verdiyi xəbərə görə, bu məsələ P.Aqramuntun bəyanatında deyilir.

"Bu gün Azərbaycanda 148 nəfərin, o cümlədən Vatslav Havel mükafatı laureatı Anar Məmmədlinin, eləcə də bir sıra siyasi fəalların, jurnalistlərin və hüquq müdafiəçilərinin azadlığa çıxması barədə yaxşı xəbər almışam", - bəyanatda vurğulanıb.

AŞPA prezidenti bir neçə gün əvvəl Azərbaycana səfəri və rəsmi şəxslərlə görüşlər zamanı bu məsələni müzakirə etdiklərini xatırladıb: "Mən məhbus məsələsi ilə bağlı Azərbaycan hakimiyyəti ilə işləməyə davam edəcəyəm. 148 nəfərin azadlığa çıxması ilə nəticələnən bu böyük təşəbbüsü alqışlayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə