Dövlət başçısı bir sıra şəxsi əfv etdi

Dövlət başçısı bir sıra şəxsi əfv etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışlarının nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib.

Qeyd edək ki, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 137 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə