Bu gün Milli Məclisin hüququ siyasəti və dövlət quruculuğu komitəsinin iclasında "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə, zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında" qanun layihəsi müzakirə olunub. SİA-nın xəbərinə görə, iclasda çıxış edən komitə sədri Əli Hüseynli bildirib ki, söyləyib ki, sənəd dövlət başçısının imzası ilə parlamentə daxil olub.
Onun sözlərinə görə, parlamentdə dəfələrlə narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının siyahısı təsdiqlənib, lakin bu məsələ indiyənəcən ayrıca qanunla tənzimlənməyib: "Odur ki, belə bir qanunun qəbul olunması zərurəti ilə bağlı müvafiq layihə hazırlanıb və parlamentə göndərilib".
Layihə haqqında geniş məlumat verən Nazirlər Kabinetinin nümayəndəsi Ceyhun Hüseynov söyləyib ki, bu sənəd dövlət başçısının müvafiq sərəncamına əsasən Nazirlər Kabineti, həmçinin, Səhiyyə, Ədliyyə, Daxili İşlər nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Dövlət Gömrük Komitəsinin tövsiyələri əsasında hazırlanıb: "İndiyə qədər bu məsələ ölkəmiz üçün aktuallıq kəsb etmirdi. Lakin indi belə bir aktuallıq meydana gəlib və bu baxımdan, müvafiq qanunun olması məqsədəuyğundur. Qanun layihəsi qüvvəyə minəcəyi təqdirdə Cinayət Məcəlləsində nəzərdə tutulan "külli miqdarda" sözü ancaq güclü təsir edən maddələrə şamil olunacaq. Bu qanun layihısinin qəbulu İstintaq orqanlarının işinə də yardımçı olacaq".
C. Hüseynov söyləyib ki, güclü təsir edən maddələr və onların külli miqdarının siyahısında 81 maddə, zəhərli maddələrin siyahısında isə ilan zəhəri də daxil olmaqla, 22 maddənin adı var: "Qeyd hissəsində bildirilir ki, siyahıda sadalanan maddələrin daxil olduğu bütün dərman formaları (qarışıq və məhlullar) hansı firma (ticari) adına malik olmasından asılı olmayaraq, güclü təsir edən maddələrə aiddir. Zəhərli maddələrin siyahısı ilə bağlı qeyddə isə deyilir ki, bu siyahıda göstərilən maddələr elmi-tədqiqat laboratoriyalarında və tibb müəssisələrində kimyəvi reaktiv kimi, həmçinin elmi və tibbi məqsədlər üçün istifadə oluna bilər. Bununla bağlı Cinayət Məcəlləsinin 240.3.2-ci və 240-cı maddələrinə əlavə və dəyişiklik edilir. 240.3.2-ci maddəyə edilən əlavə və dəyişikliyə əsasən güclü təsir edən maddələrə münasibətdə satış məqsədilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq, yaxud emal etmək üçün avadanlığı qanunsuz satmaya görə 4 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. 240-cı maddənin "Qeyd" hissəsində edilən dəyişikliyə görə isə "külli miqdarda" sözündən əvvəl "güclü təsir edən maddələr" sözü əlavə edilir"
Respublika Narkoloji Dispanserinin nümayəndəsi də qeyd edib ki, narkotik vasitələr və psixotrop maddələr güclü təsir edən maddələr siyahısına daxil deyil.
Eyni zamanda, 52 adda zəhərli maddə mövcuddur.
Ə. Hüseynli yenidən məsələyə müdaxilə edərək bildirib ki, indiyə kimi həqiqətən də ölkəmizdə bu məsələ atuallıq kəsb etməyib: "Heç bu barədə statistika da yoxdur. Ancaq indi bu məsələyə ehtiyac yaranıb, yəni, bu yöndə gələcəkdə istisnalar yox deyil. Qanun layihəsinin qəbulu zəruridir.
Komitə üzvü Çingiz Qənizadə isə zəhərli maddələr siyahısında sirkə turşusunun göstərilməsinin əleyninə olduğunu bildirib: "Bu gün hər kəsin evində sirkə turşusu istifadə olunur. Onsuz da türmələrimiz insanlarla doludur, odur ki, yeni həbslərə də ehtiyac yoxdur. Yəni, sabah kiminsə evində sirkə turşusu var deyə onu həbs təhlükəsi gözləyə bilər. Ona görə də bu məsələyə məsuliyyətli yanaşmaq lazımdır".
Buna cavab olaraq bildirilib ki, söhbət heç də istifadə olunan sirkə turşusundan getmir.
Sirkə turşusunun anhidridi sirkə turşusu demək seyil və o, kimyəvi maddədir.
Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB