Millət vəkili: “Rusiya və Ermənistan münaqişənin həll olunmasına razı deyil” MÜNASİBƏT

Millət vəkili: “Rusiya və Ermənistan münaqişənin həll olunmasına razı deyil” MÜNASİBƏT

"Ümumiyyətlə Ermənistan Rusiya dövlətinin hərbi bazasıdır". Bunu SİA-ya millət vəkili Asim Mollazadə işğalçı ölkənin prezidenti Serj Sarkisyanın Moskvaya səfəri və orada Rusiya prezidentinə Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqeyə görə minnətdarlıq bildirməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, tək hərbi deyil, Ermənistandakı bütün məsələlər rəsmi Moskvada həll olunur: "Sanki Sarkisyan sahibləri ilə ölkədəki ağır vəziyyəti müzakirə edir. Bu gün heç kimə sirr deyil ki, Ermənistanda çox acınacaqlı vəziyyət hökm sürür və dərin böhran var. Təbii ki, bu böhran daha da dərinləşir. Onlar sadəcə olaraq rəsmi Moskvadan hansısa maliyyə dəstəyi əldə etmək istəyirlər".

Deputat əlavə edib ki, hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarbağ münaqişəsinin həlli istiqamətində ciddi irəliləyiş gözlənilmir: "Nə Rusiya, nə də Ermənistan münaqişənin həll olunmasına razı deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə