Aparat rəhbəri: “Əli Kərimlinin addımı təəccüb doğurur”

Aparat rəhbəri: “Əli Kərimlinin addımı təəccüb doğurur”

"Ümumiyyətlə deyilən hər bir sözün arxasında imza dayanmalıdır". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli Əli Kərimlinin anonim imzalarla mətbuatda çıxış etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, əgər kimsə hansısa məsələlərlə bağlı mövqeyini bildirir, şərh verirsə bu o deməkdir ki, öz dediyinə özü inanır: "Yox əgər yazdıqlarının və dediklərinin arxasında başqa imzalar olursa, ya dediklərinin səhv olduğunu bilir, ya da buna cəsarət etmir. Əli Kərimlinin bu cür addımı da təbii ki, təəccüb doğurur. Hər halda siyasilər üçün bu tamamilə yolverilməzdir. Çünki cəmiyyət siyasilərdən daha ciddi mövqe gözləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə