Politoloq: “Səfərin detalları barədə ATƏT sədri izahat verməlidir” AÇIQLAMA

Politoloq: “Səfərin detalları barədə ATƏT sədri izahat verməlidir” AÇIQLAMA

"Frank-Valter Ştaynmayerin öz çıxışlarında cəbhə xəttində intensivləşən atəşdən narahat olduğunu dilə gətirməsi, Minsk qrupunun üzvlərini daha fəal işləməyə çağırması almaniyalı sədrin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə xüsusi diqqət etdiyindən xəbər verir". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloq bildirib ki, Frank-Valter Ştaynmayer münaqişənin həlli yollarını axtarmaq üçün ATƏT-dən ona verilən xüsusi mandatı ilə regiona səfərlər etmək, münaqişə tərəfləri ilə görüşlər keçirmək və danışıqlar aparmaq səlahiyyətlərinə malikdir. Bu yaxınlarda Anyej Kaspşikin Dağlıq Qarabağa səfəri haqqında məlumatlar daxil olsa da, biz bu görüşün təffərüatları barədə bilgilərə malik deyilik. Bildiyimiz odur ki, Anje Kaspşik "DQR" qondarma rejiminin başçısı Bako Saakyanla görüşüb. Keçən ilin avqust ayında Kaspşikin fəaliyyətinin mətbuata açıq olmaması ilə bağlı narazılıqlar olmasına rəğmən ATƏT sədrinin şəxsi köməkçisi bəyanatla çıxış edərək mandatına uyğun hərəkət etdiyi və münaqişənin həlli istiqamətində tərəfləri qane edəcək variantlar üzərində işlədi, təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində atəşkəs rejiminin qorunub saxlanmasını monitorinq etdiyi, ümumi vəziyyətə dair tərəflərdən informasiya alaraq müəyyən bir yerdə situasiyanı müşahidə etdiyi , həmçinin qarşılıqlı maraq doğuran və gərginliyi azaldan məsələlərin həlli üçün yerli komandirlərə kömək etdiyi barədə bəyanat verib. Kaspşikin bu səfəri isə Azərbaycan tərəfinə məlumat verilmədən həyata keçirildiyi üçün növbəti narahatçılığın yaranmasına səbəb oldu".

Onun sözlərinə görə, bu səfərin detalları və məqsədi barədə ATƏT sədrindən xüsusi izahat tələb edilməlidir: "ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer vəzifəsinin icrasına başlayarkən Polşalı diplomat Anyej Kaspşikin 18 illik təcrübəsini əsas götürərək onun səlahiyyətini daha bir il müddətinə uzatmaq qərarını verdi. Təcrübəli olması ilə yanaşı münaqişənin bütün detalları ilə yaxından tanışdır. Bu səfəri Qarabağ separatçılarına dəstək vermək kimi qiymətləndirməyə tələsməməyi tövsiyə edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə