Elşən Musayev: “Azərbaycanın çətin günlərində yanında Türkiyə var idi” AÇIQLAMA
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkiyəyə səfəri və jesti son dərəcə təqdirəlayiq və möhtəşəm bir addımdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.
Millət vəkili bildirib ki, bu həm də onun göstəricisi və sübutudur ki, bizlər qardaşlıq ənənələrimizi, bağlılığımızı, doğmalığımızı günü gündən daha da artırırıq: "Səfərin videosuna, ələlxüsus da iki Prezidentin bir- birinə sarılmasına diqqətlə tamaşa edən hər kəs həmin təsirli səhnədən danışır. Cənab Prezidentin əli əslində Azərbaycanın əli idi. İlham Əliyevin Ərdoğana sarılması, onu bağrına basması əslində Azərbaycanın Türkiyəni bağrına basması idi".
Onun sözlərinə görə, bu gün terror bəşəriyyyətin kabusudur: "Azərbaycan da belə dönəmləri az yaşamadı, başımız üzərindən qara buludlar az əsmədi. Amma unutmayaq ki, bizim də ən çətin günümüzdə sinəsini düşmənlərimizə sipər edən, bizi qorumağa çalışan, bizi tək olmadığımıza inandıran Türkiyə idi. Bizlərin həqiqətən bir-birimizdən savayı kimsəmiz yoxdur. Tanrı canı ilə, qanı ilə, bütün varlığı ilə bir olan millətin iki dövlətini, rəhbərlərimizi, xalqımızı qorusun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB