İlham Əliyev: "Türkiyənin müdafiə sənayesindəki uğuru Azərbaycanın da potensialını gücləndirir"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ankarada təşkil edilən terror aktını qınayıb. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, İlham Əliyev Ankarada Türkiyə və Azərbaycan arasında baş tutan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasına qatılıb.
Prezident Azərbaycanın Türkiyənin yanında durduğunu, birliyimizin əbədi və sarsılmaz olduğunu deyib: "Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olacaq. Gücümüz birliyimizdədir. Biri-birimizin yanındayıq".
İlham Əliyev vurğulayıb ki, Türkiyənin müdafiə saneyesi ilə bağlı qət etdiyi yol təqdirə layiqdir: "Türkiyənin bu sahədəki müvəffəqiyyəti Azərbaycanın da müdafiə potensialını gücləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB