İranla Azərbaycan arasında məhkum mübadiləsi həyata keçirilib. Penitensiar xidmətdən SİA-ya verilən məlumata görə, "Azərbaycan və İran İslam Respublikaları arasında azadlıqdan məhrum edilmiş şəxslərin cəza çəkmək üçün verilməsi haqqında" 21.02.1998-ci il tarixli müqaviləyə və birgə əldə olunmuş razılığa əsasən 12.03.2016-cı il tarixdə cəzanın qalan hissəsini çəkmələri məqsədilə Penitensiar xidmətin tabe müəssisələrində cəza çəkən İran İslam Respublikası vətəndaşı olan 5 nəfər məhkumun Astara sərhəd keçid məntəqəsində İran İslam Respublikasının səlahiyyətli nümayəndələrinə təhvil verilməsi, eyni zamanda cəzanın qalan hissəsini çəkmələri üçün 6 nəfər Azərbaycan Respublikası vətəndaşının İran İslam Respublikasından ölkəmizə qəbul edilməsi həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB